Erməni general hərbçinin öldüyü gün restoranda yeyib içirmiş

25.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 17-də Ermənistanda Hərbi Tibb İşçiləri Günü qeyd olunub. “Hraparak” nəşrinin əldə etdiyi məlumata görə, həmin gün hərbi tibb işçiləri 300 nəfərin iştirakı ilə bayram tədbiri keçirib. İştirakçılar arasında Silahlı Qüvvələrin Baş Qərargah rəisi də olub.
Bizim.Media xəbər verir ki, tədbir Vanadzor şəhərində yerləşən “Marsel” restoranında baş tutub.
Həmin gün isə erməni generala növbəti hərbçinin ölümü ilə bağlı informasiya ötürülüb. O, bu xəbərə baxmayaraq axşam saatlarınadək restoranda yeyib-içib. 
Qavarda isə həlak olan əsgərin yaxınları və doğmaları onun yasını tutublar. “Marsel” restoranı orada belə bir tədbirin keçirildiyi barədə məlumatı təsdiqləyib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью