Erməni general yerli könüllülərə qarşı çıxdı

29.01.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“2020-ci ildən bu günə kimi silahlı qüvvələrdə könüllülərdən xilas olmaq mümkün olmayıb və bu, orduya böyük ziyan vurur”.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan danışıb.

Onun sözlərinə görə, 2020-ci ildən orduya könüllülərin axınını dayandırmaq mümkün olmayıb.

“Hərbçilər bunun onlara nə qədər zərər verdiyini açıqlaya bilməzlər. Amma bilirəm ki, belədir. Söhbət təkcə “Yerkrapa” Könüllülər İttifaqından deyil, silah daşımaq hüququ olmayan bütün strukturlardan gedir”, - deyə Akopyan əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью