Erməni generaldan gürcü blogerə Xocalıda törətdiyi qətliamlarla bağlı ETİRAF ANBAAN VİDEO

24.02.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Erməni generalı Levon Minasyan Xocalıda dinc azərbaycanlılara qarşı qətliam törətdiyini etiraf edib.
Bizim.Media xəbər verir ki, gürcüstanlı blogerin “Siz Xocalıda olmusunuz?” sualına erməni general öyünərək cavab verib:
 

“Xocalı mənim işimdir. Saysız-hesabsız Azərbaycan türklərini qırdım. Onların neçəsini kəsdiyimi belə xatırlamıram”, - deyə Minasyan qeyd edib.


Gürcü bloger təəccüblü şəkildə ondan ciddi olub-olmadığını soruşduqdan Minasyan “Nə olub gözəl qız, bəli”- deyə cavab verib.
Göründüyü kimi, erməni cəlladı törətdiyi insanlıq cinayətlərini açıq şəkildə, fəxrlə etiraf edir.
Həmin görüntüləri təqdim edirik:

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью