Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Ermənistan hərbçiləri Hindistanda “Akaş” hava hücumundan müdafiə sisteminin istismarı üzrə ixtisaslaşmış təlim keçiblər.
Axar.az xəbər verir ki, bu barədə “İndian Defens Tayms” məlumat yayıb.
Məlumata görə, təlimlər Hindistan istehsalı olan bu zenit-raket sisteminin idarə olunması, texniki xidmətinin göstərilməsi və effektiv şəkildə yerləşdirilməsi üzrə bacarıqları əhatə edib:
“Mütəxəssislər əldə etdikləri bilik və təcrübəni Ermənistanda keçiriləcək səhra təlimləri və döyüş təlimləri zamanı tətbiq edəcəklər. Təlim “Akaş” sisteminin Ermənistanın ümumi hava hücumundan müdafiə şəbəkəsinə inteqrasiyasını asanlaşdırır”.
Qeyd edək ki, Ermənistan Hindistandan “Pinaka” reaktiv yaylım atəş sistemləri, ATAGS haubitsaları, “Akaş” zenit-raket kompleksləri, eləcə də “Svati” radarları almağa başlayıb.