Erməni hərbçinin ölümünə görə xidmət yoldaşı saxlanıldı

29.04.2025

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənistanda sərhədçinin ölümünə görə onun xidmət yoldaşı saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan bildirib.

Müddətli xidmətdə olan Artur Avetisyanın ona təhkim edilmiş avtomat silahdan atəş açaraq intihar etdiyi ehtimal edilir. Hadisə aprelin 25-də Sünikdə baş verib.

Faktla bağlı döyüş növbətçiliyi zamanı özünü öldürmə həddinə çatdırma ittihamı üzrə cinayət işi açılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью