Erməni idmançı UFC dən kənarlaşdırıldı

23.09.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Ultimate Fighting Championship (UFC) yarışında ikinci dərəcəli yüngül çəkidə mübarizə aparan erməni idmançı Arman Tsarukyan və braziliyalı Maurisio Ruffi Kaliforniyanın Los-Anceles şəhərində keçirilən turnirdə döyüşdükdən sonra tibbi səbəblərlə əlaqədar diskvalifikasiya olunublar.  
Yenivavaz.com
xəbər verir ki, bu barədə “MMAJunkie” nəşri Kaliforniya Dövlət Atletika Komissiyasının məlumatlarına istinadla məlumat yayıb.
Tsarukyan və Ruffi 45 gün müddətinə yarışlardan kənarlaşdırılıblar.
Həmçinin, onlara 30 gün ərzində təmas məşqləri qadağandır.
Onlar həkim icazəsi alana qədər və ya 60 gün ərzində yarışlarda iştirak edə bilməyəcəklər. Buna səbəb hər iki idmançının sağ gözündəki dərin kəsikdir.
Qeyd edək ki, Tsarukyan–Ruffi qarşılaşması sentyabrın 19-dan 20-nə keçən gecə Los-Ancelesdəki “Crypto.com” arenasındakı “UFC 331” turnirində baş tutub. Erməni idmançı birinci raundun bitməsinə 4 saniyə qalmış rəqibini nokaut edərək qələbə qazanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью