Erməni iş adamı Moskvada belə oğurlandı VİDEO

04.06.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskvadakı Yaroslavski dəmir yolu vağzalı yaxınlığında bir qrup şəxs “MSP” ASC Korporasiyasında işləyən erməni biznesmen Areq Şepixini oğurlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Məlumata görə, 39 yaşlı Şepixin "İnstagram" səhifəsində çeçenləri, Allahı və Quranı təhqir edən bir neçə video yayımlayıb. Bundan sonra çeçen bloggerlər həmin şəxsin tapılmasını tələb ediblər.

Qaçırılan şəxsin avtomobilin yük yerində aparıldığı deyilir. Bildirilib ki,avtomobilin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətində qeydiyyatdan keçmiş dövlət nömrə nişanı olub. 

Hazırda özügedən erməninin taleyi haqqında heç nə məlum deyil. 

Ağarza Elçinoğlu 



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью