Erməni katolikosun qardaşı həbs edildi

03.11.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda katolikosun qardaşı Georg Nersisyan məhkəmənin qərarı ilə həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Hazırda Gevorq Nersisyanın oğlu Hambardzumun həbsi ilə bağlı vəsatət də araşdırılır.

Onu da qeyd edək ki, katolikosun qardaşı və bacısı oğlu dünən, noyabrın 2-də Vaqarşapatda “Respublika” partiyasının namizədi Arutyun Mkrtçyanın Nersisyan və oğlunun onun seçki kampaniyasına mane olmağa çalışdığı bəyanatı əsasında həbs edilib.

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью