Erməni kəşfiyyatı Zəngəzur dəhlizini dəyərləndirdi

23.01.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Regional infrastruktur layihələri uğrunda yarışda 2025-ci ildə həm regional, həm də qeyri-regional qurumların hərəkətləri öz siyasi təsirlərini saxlamaq və ya gücləndirmək məntiqi çərçivəsində qurulacaq. Bu da Ermənistan üçün əlavə təhlükəsizlik riskləri yarada bilər”. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.

“Regional blokadanın açılmasına rəqabət və siyasi təsirlər baxımından baxan bəzi mərkəzlərdən fərqli olaraq, Ermənistan buna təkcə sülh gündəliyinin tərkib hissələrindən biri kimi deyil, həm də logistika və tranzit marşrutlarının potensialını tam reallaşdırmaq imkanı kimi baxır. Onun bütün mahiyyəti “Sülh kəsişməsi” layihəsində öz əksini tapıb”,-deyə hesabatda bildirilir.

“Türkiyə, eləcə də Azərbaycanla marşrutların və tranzit imkanlarının tamamilə açılması regionda sabitliyin mühüm təminatlarından biridir. Bununla yanaşı, həm də mövcud geosiyasi və regional reallıqları nəzərə alsaq, regionumuzun Avrasiya qitəsinin mühüm və təhlükəsiz logistika qovşaqlarından birinə çevrilmək üçün real şansı olacaq”, - hesabatda qeyd olunur.

“Regional infrastruktur layihələri” dedikdə erməni kəşfiyyatı daha çox Zəngəzur dəhlizini nəzərdə tutur.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью