Erməni kəşfiyyatının rəhbəri Gürcüstanda...

22.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Gela Geladze ilə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan arasında keçirilən görüşdə ikitərəfli əməkdaşlıq əsas müzakirə mövzusu olub.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Bildirilib ki, iki qurumun rəhbərləri işgüzar görüş keçiriblər və görüşdə Gürcüstan və Ermənistan arasında möhkəm dostluq münasibətləri və onların dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Görüşdə beynəlxalq təhlükəsizliyin üzləşdiyi problemlərin həllində iki ölkənin kəşfiyyat və təhlükəsizlik qurumları arasında konstruktiv dialoqun və sıx əməkdaşlığın vacibliyi vurğulanıb.

Qeyd edək ki, K.Qriqoryan Gürcüstanda səfərdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью