Erməni kilsəsi ilə Paçinyan özü məşğul olacaq VİDEO

08.07.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, EAK-ın ruhani və inzibati mərkəzi olan Eçmiədzinin Ana Taxtı antixristian, azğın, antimilli, dövlət əleyhinə olan qrup ələ keçirilib və ora azad edilməlidir.
“Bu dövrdəki bütün mübahisələrdən başqa, ən vacib məqam da üzə çıxdı: Ktriç Nersisyan (II Qaregin), Vazgen Qalstyan, Gevorq Acapaxyan və başqaları arasında İsa Məsih və onun təlimləri ilə tamamilə heç bir əlaqənin və ya təmasın olmaması”, - Ermənistanın baş naziri “X” sosial şəbəkəsində yazıb.
Ermənistanda həbslər davam edir Paşinyan EAK-ın qurtulmasına şəxsən rəhbərlik etmək niyyətində olduğunu açıqlayıb.
Xatırladaq ki, mayın sonundan bəri Paşinyan II Qareginə və EAK arxiyepiskoplarına qarşı sərt bəyanatlarla çıxış edərək, katolikosların subaylıq andının pozulması ilə bağlı xəbərlərə görə taxtdan getməsini tələb edir. Ötən gün baş nazir bütün ermənilərin katolikosuna növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu bəyan edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью