Icma.az, Konkret.az portalına istinadən məlumat yayır. Erməni lobbisinin daha bir cəhdi uğursuzluğa düçar oldu.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, İsveçrə xarici işlər naziri İnyatsio Kassis deputatların Qarabağ mövzusunda beynəlxalq konfrans çağırılması təşəbbüsünü rədd edib.
Xatırladaq ki, belə bir konfrans ideyasının arxasında yerli erməni lobbisinin dayandığı oktyabr ayından bəri məlumdur.
Məhz həmin vaxt İsveçrə parlamentinin aşağı palatasının beynəlxalq məsələlər komitəsi erməni lobbisinin təsiri ilə bu konfrans ideyasını dəstəkləyən qətnamə qəbul etmişdi.
Kağız üzərində hər şey çox cəlbedici görünürdü: guya belə bir forum Azərbaycan ilə “Qarabağ erməniləri” arasında dialoq üçün şərait yaradacaqdı.
Lakin indi İsveçrə rəsmiləri bu ideyanı rədd edərək bəyan etdilər ki, vəziyyətin nizamlanması ilə Ermənistan və Azərbaycan məşğul olmalıdır.
Bu, şübhəsiz ki, erməni lobbisinin növbəti ciddi məğlubiyyətidir və Azərbaycan diplomatlarının İsveçrədəki uğurlu və görünməz səylərinin nəticəsidir.
İsveçrə beynəlxalq arenada müxtəlif növ konfranslar təşkil etməyi çox sevir və bu, alpin respublikasının əsas beynəlxalq fəaliyyəti hesab olunur.