Icma.az bildirir, Axar.az portalına istinadən. Erməni mediası 1920-ci ildə, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra Zəngəzurun q
Daha doğrusu, Zəngəzur dəhlizinin açılması ehtimalı qarşılığında 1924-cü ildə Njdenin “proqnozunu” yayıb.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, tarixi faktlar təhrif edilib: 1920-ci ilin noyabr ayı ərzində Nəriman Nərimanova təzyiqlər və Zəngəzurun qoparılması prosesi, nəhayət, 30 noyabrda qərar verilməsi və Nərimanovun bəyanata imza atmağa məcbur edilməsi ilə “Zəngəzurun Ermənistana güzəşt edilməsi” rəsmiləşsə də, erməni mediası 1920-ci il dekabrın 25-də Tatev monastırında Zəngəzur qurultayı keçirilməsindən, “Zəngəzurun Ermənistan Respublikasına birləşməsi ehtimalı aydınlaşana qədər onun müvəqqəti müstəqil dövlət elan edilməsi”ndən bəhs edir.
Həmin vaxt 100% azərbaycanlıların yaşadığı Zəngəzur-Dərələyəz əyalətlərində azərbaycanlıların kütləvi qətli və torpaqlarından qovulması prosesi davam edirdi.
Erməni mediası yazır ki, Zəngəzurun adı 1921-ci il aprelin 26-da Tatev monastırında Ümumerməni Liqasının ikinci qurultayında dəyişdirilir və “Dağlıq Ermənistan” adı ilə “müstəqil” olur, Nijde isə baş nazir təyin edilir.
“Qaregin Njdenin rəhbərlik etdiyi qəhrəmanlıq mübarizəsinin böyük tarixi dəyəri var.
Məhz bu müqavimət sayəsində Zəngəzur bu gün Ermənistan Respublikasının tərkibindədir”, - erməni mediası açıqca etiraf edir.
“1924-cü ildə Qahirədəki “Hüsabər” mətbəəsində Qaregin Njdenin “Gündəliyimin səhifələri” monumental əsəri nəşr olundu.