Erməni mediası təlaşa düşüb: Gəlirlər… | Icma.az
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
- + Türkiyə Müdafiə Nazirliyinin yüksək çinli hərbçilərinin davamlı olaraq Bakıya səfərlər etməsi erməniləri yenə qorxuya salıb.
Tribunainfo.az xəbər verir ki, bu qorxu o qədər geniş vüsət alıb ki, erməni mediası artıq “hazırlıqlara” başlayıb.
Belə ki, Ermənistan mediası türk generalların ardıcıl Azərbaycana səfər etməsini ölkəmizin “hücuma” hazırlıq görməsi ilə bağlayıblar.
Onlar iddia edirlər ki, Suriya hadisələrindən sonrs Türkiyə Ermənistan diz çökdürmək üçün imkan əldə edib və bunu reallaşdırmağa çalışır.
“Ermənistan Xəbərləri” saytı isə bir qədər də irəli gedərək, “Türkiyə generalları bir-birinin ardınca Bakıya gedirlər.
Azərbaycan nəyə hazırlaşır? Şübhəsiz, Zəngəzur məsələsi ilə bağlı hazırlıqlar gedir” sözlərindən istifadə edib.
Əslində ermənilərin bu qədər qorxuya düşmələri yaxşı haldır.
Tam oxu
Xəbəri oxu