Erməni məkri: “Moskva Bakı gərginliyindən istifadə etməliyik”

12.07.2025

Icma.az bildirir, Tribuna portalına istinadən.

“Azərbaycanla Rusiya arasında münasibətlərin pisləşməsindən istifadə etməliyik”.

Tribunainfo.az xəbər verir ki, bunu erməni ekspert Anania Maqakyan deyib.

Onun sözlərinə görə, birinci addım Ermənistanın Aİİ və KTMT-yə yanaşmalarını dəyişməsindən ibarətdir. “Bu baş verərsə, bəlkə də Ermənistanın taleyi başqa cür davam edəcək”.

Onun ikinci yanaşması budur ki, əgər Rusiyanın Azərbaycana qarşı strategiya və taktikasında kəskin dönüş yaranarsa, Ermənistan qalib gələ bilər. “Bunun ardından Azərbaycan Ermənistanı hədəfə almaq riskinə getməyə və əvvəlki kimi Ermənistana hücum imkanları axtarmaya bilər. O halda Ermənistan-Azərbaycan münasibətləri də müəyyən qədər dəyişə bilər”.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью