ERMƏNİ MİLLƏTÇİLƏRİNİN AZƏRBAYCANIN SUVERENLİYİNƏ MÜDAXİLƏSİ HAQQINDA | Icma.az
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
“BAKI ŞƏHƏR QARADAĞ RAYON XALQ DEPUTATLARI SOVETİNİN XX ÇAĞIRIŞ XI SESSİYASININ QƏRARI: 10 – 11 YANVAR 1990-CI İL Qaradağ rayon Xalq Deputatları Sovetinin sessiyası elan edir ki, son iki ildə Ermənistan SSR-də, Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanın dövlət və ərazi suverenliyinə qəsdlər, erməni ekstremistlərinin azərbaycanlılara qarşı etdikləri çoxsaylı terror aktları, insan qırğınları və sair antihumanist cinayətlər respublika xalqını həddindən artıq həyəcanlandırır, millətlərarası gərginliyi artırır.
Qaradağ rayonunun çoxmillətli əhalisi – azərbaycanlılar, ruslar, ləzgilər, tatarlar və digər xalqların nümayəndələri Ermənistan SSR-də dövlət və partiya siyasəti həddinə qaldırılmış millətçilik və ekstremizmi, nəinki Azərbaycan respublikası üçün, habelə bütün Sovet Sosialist Respublikaları İttifaqı üçün böyük və dəhşətli bir təhlükə, yenidənqurmaya zərbə hesab edir.
Azərbaycan Sovet Sosialist Respublikasının torpağı olan Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək məqsəd ilə Ermənistan SSR-in pariya və dövlət aparatı erməni ekstremistlərinin başçılığı altında Azərbaycan SSR-yə və bütün Azərbaycan xalqına qarşı elan edilməmiş müharibəyə başlamış, onların bu açıq eksponianist siyasəti böyük insan tələfatlarına, milli qarşıdurmaya səbəb olmuşdur.
Ermənistan SSR-dən 200 mindən çox azərbaycanlı öz doğma yurdlarından vəhşicəsinə qovulmiş, həmin adamların çox böyük bir hissəsi indiyə qədər evsiz və işsiz qalaraq, ağır bir vəziyyətə düşmüşlər.
DQMV-də Xüsusi İdarə Komitəsi yaradıb, vilayətdə SSRİ Ali Soveti Rəyasət Heyətinin hakimiyyətini bərqərar etdikdən sonra, Xüsusi İdarə Komitəsinin, onun sədri A.Volskinin birbaşa razılığı əsasında vilayətin erməni əhalisinin kütləvi silahlanmansı kampaniyası aparılmış, oraya Ermənistan SSR-dən göndərilmiş silahlı terrorçu dəstələr yerləşdirilmişdir.
Silahlı erməni dəstələri vilayətdə və Azərbaycanın Ermənistanla sərhəd rayonlarında azərbaycanlılara qarşı kütləvi cinayətlər törədir, silahlı basqınlar edib, onları öz torpaqlarını qoyub getməyə məcbur edirlər.
Müasir sovet və xarici hücum silahları – zenit topları, raketlər, avtomat və pulemyotlar, qumbara, mina və bombalarla silahlanmış erməni ekstremistlərinin niyyəti heç də mövcud omayan “azərbaycanlı hücumundan” müdafiə olunmaq deyil, suveren Azərbaycan torpaqlarını zəbt etmək, Azərbaycan xalqının varlığına qəsd etməkdir.
Tam oxu
Xəbəri oxu