Erməni müxalifətinin israrı: “Rusiya vasitəçi olsun”

14.07.2025

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın maraqlarını açıq şəkildə qoruyan “Ana Ermənistan” Hərəkatının lideri Andranik Tevanyan yeni iddia və təkliflə çıxış edib.

Tribunainfo.az xəbər verir ki, o, Ermənistan-Türkiyə münasibətləri ilkin şərt olmadan normallaşacağı, Paşinyan və Əliyevin birbaşa, vasitəçisiz  danışıqlar aparması,  Paşinyanın Zəngəzur dəhlizinə qarşı olması söhbətlərinin yalan olduğunu vurğulayıb.

Tevanyan təklif edib ki, Ermənistan-Azərbaycan münasibətləri Rusiyanın vasitəçiliyi ilə tənzimlənməlidir. “Vasitəçi və zaminsiz Ermənistan daimi konsessioner rolunda olacaq”.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətləri mümkün qədər Ermənistan-Azərbaycan münasibətlərindən ayrılmalıdır. “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün optimal platforma Türkiyə-Azərbaycan tandeminin İran və Rusiya tərəfindən balanslaşdırıla biləcəyi 3+3 formatı çərçivəsində ola bilər”.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью