Erməni nazir: “Azərbaycanla yekun razılığa çox yaxınıq”

13.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Ermənistan və Azərbaycan sülh müqaviləsinin yekun razılaşdırılmış mətninə çox yaxındırlar”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu noyabrın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın iclasında 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, danışıqların daha intensiv davam etdiriləcəyi bir-iki formul qalır.

“İşlər, hətta deyərdim ki, daha konstruktiv şəraitdə aparılır. 

Ehtiyatlı nikbinliyi bildirmək istərdim ki, biz həqiqətən də sülh müqaviləsinin mətni üzrə yekun razılığa çox yaxınıq”, - deyə XİN rəhbəri bildirib.

Xəzər
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью