Erməni nazir müavinindən Türkiyəyə minnətdarlıq

21.03.2025

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın xarici işlər nazirinin müavini Türkiyəyə təşəkkür  edib.
Ölkə.Az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Vaan Kostanyan X(tvitter) səhifəsində yazıb.
“Bu gün Suriyaya gedəcək tibbi ləvazimat və ərzaq daşıyan yük maşınlarından ibarətə humanitar yardım  Marqara körpüsündən Suriyaya keçəcək. 
Mən türkiyəli tərəfdaşlarımıza da bu humanitar missiyada əməkdaşlığa görə təşəkkür etmək istərdim”, - nazir müavini yazıb.
Xatırladaq ki, Türkiyə üzərindən Suriyaya humanitar yardımın göndərilməsi üçün Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi 10 gündür açılıb.
Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью