Erməni nazir “Tramp marşrutu” barədə qərardan XƏBƏRSİZDİR

23.03.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın TRIPP ətrafında dəmir yolu xidmətinin bərpası ilə bağlı son qərarından xəbərsizdir.

“Cebheinfo.az” xəbər verir ki, martın 23-də jurnalistlərlə söhbətində nazir Paşinyanın dəmir yollarının rəqabət qabiliyyətini itirəcəyi barədə qiymətləndirməsini xatırladıb. 

"Bunu heç kim gizlətmir. Biz istəyirik ki, Ermənistandan yan keçməsin, dəmir yolları modernləşdirilsin, Gümrü-Qars dəmir yolunun fiziki cəhətdən yox olmuş 2 km-lik hissəsi bərpa edilsin, Türkiyə dəmir yolu xətlərinə qoşulsun və sair. 

İdarəedici şirkət  və ölkə qərar verməlidir. Əgər onlar razıdırlarsa, bu, bir reallıqdır. Əgər razı deyillərsə, bu, başqa bir reallıqdır. Mən son qərarı bilmirəm", - deyə Mirzoyan qeyd etdi.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью