Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
“TRIPP layihəsi vətəndaşların həyatını yaxşılaşdırmaq və asanlaşdırmaq üçün nəzərdə tutulub”.
“Cebheinfo.az” xəbər verir ki, bunu 21 oktyabrda Parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin iclasında Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" (TRIPP) layihəsi çərçivəsində Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiya layihəsinin müzakirəsi zamanı parlament üzvlərinin suallarını cavablandıran xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan bildirib.
"Bizə buna ehtiyac yoxdur deyən bir dənə də olsun sağlam düşüncəli insan təsəvvür edə bilmirəm", - deyə xarici işlər naziri qeyd edib.
Mirzoyanın sözlərinə görə, TRIPP təkcə Azərbaycanla deyil, həm də Gürcüstan və İranla sərhəd keçidlərini sadələşdirəcək.
"Ümid edirəm ki, Türkiyə ilə sərhəd açılacaq və bir anda sahibkarlar, vətəndaşlar üçün həyatı necə asanlaşdırmaq barədə düşünəcəyik", - deyə xarici işlər və beynəlxalq ticarət naziri bildirib.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər: TRIPP Ararat Mirzoyan
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin