Erməni nazirin evindən tapılanlar VİDEO

10.09.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan İstintaq Komitəsi keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qaqik Xaçatryana məxsus dəbdəbəli villada keçirilən axtarış tədbirlərinin videogörüntülərini paylaşıb.

“Yeni Sabah” xəbər verir ki, yayılmış kadrlarda əməliyyat zamanı aşkar edilən saysız-hesabsız qiymətli zinət əşyaları, rəsm əsərləri və digər yüksək maddi dəyərə malik əşyalar əks olunub.

İstintaq Komitəsinin məlumatına görə, tədbirlər külli miqdarda rüşvətxorluq, çirkli pulların yuyulması və qanunsuz əmlak əldə etmə ittihamları əsasında aparılan genişmiqyaslı cinayət işi çərçivəsində həyata keçirilir. pizza hut

Xatırladaq ki, sabiq məmur barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, onun vəkilləri isə kadrlarda nümayiş olunan bəzi qiymətli əşyalarla bağlı mübahisəli məqamların olduğunu bildiriblər. İstintaq qurumları tərəfindən yayımlanan bu kadrlar sabiq məmurun malik olduğu var-dövlətin miqyasını ictimaiyyətə nümayiş etdirmək məqsədi daşıyır.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью