​Erməni ordusunda on ayda 17 ci ölüm hadisəsi Daha bir əsgər güllələnib

01.11.2026

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Ermənistan silahlı qüvvələrində hərbi qulluqçunun ölümü ilə nəticələnən növbəti hadisə qeydə alınıb.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, ölən hərbi qulluqçunun yalnız baş hərflərini (T.S.) açıqlayıb və onun meyitinin güllə yarası ilə aşkar edildiyini bildirib.

Məlumata görə, olayın bütün təfərrüatlarını üzə çıxarmaq üçün dərhal araşdırma başlanılıb. Hadisənin dəqiq hansı şəraitdə baş verdiyi hələlik bəlli deyil – faktın qətl, yoxsa intihar olması hələlik qaranlıq qalır. İstintaq Komissiyası bu barədə hələlik rəsmi məlumat verməyib.

Qeyd edək ki, bu hadisə cari ilin son on ayı ərzində Ermənistan ordusunda xidmətlə əlaqədar baş verən 17-ci ölüm faktıdır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью