Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Politoloq Suren Surenyants Avropa İttifaqının müşahidə missiyasını Ermənistan-Azərbaycan şərti sərhədində saxlamağa ehtiyac olmadığını bildirib.
“Cebheinfo.az” xəbər verir ki, siyasi ekspert “Hraparak” nəşrinə açıqlamasında Polşa Prezidenti Andjey Dudanın Ermənistana səfəri zamanı avropalı müşahidəçilərlə görüşməsinin regiondakı proseslərə təsirini şərh edib.
Surenyantsın sözlərinə görə, müşahidə missiyası Ermənistanın təhlükəsizliyinə təminat gətirmir, əksinə problem yaradır.
Politoloq Suren Surenyants Dudanın Ermənistana səfərindən danışarkən ilk növbədə qeyd edib ki, Polşa parlamentli respublikadır, burada xarici siyasət kursunu hökumət hazırlayır, Duda və indiki hökumət müxtəlif siyasi qüvvələri təmsil edir.
“Polşa Şərqi Avropada, eləcə də postsovet məkanında həmişə çox fəal olub.
Güman edirəm ki, Duda COP29 çərçivəsində Azərbaycana, oradan da Ermənistana rəsmi səfərə gəlib. O, bir sıra açıqlamalar verdi.
Amma mən onlara çox tez reaksiya verməməyi üstün tuturam. Bəyanat vermək bir başqa şeydir, onların gələcəkdə həyata keçirilməsi prosesi bir