Erməni qadın bu ölkədə nazir təyin edildi

08.02.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Livan Prezidenti Cozef Aun yeni hökumətin tərkibini təsdiqləyib.

Modern.az xəbər verir ki, hökumətə Baş nazir Nafaff Salam rəhbərlik edəcək.

Yeni hökumətin tərkibinə 24 nazir daxildir.

Bildirilib ki, yeni hökumətin əsas vəzifəsi ölkəni iqtisadi böhrandan çıxarmaq və digər məsələlərin həllidir.

Qeyd edək ki, nazir təyin edilənlərdən biri ermənidir. Belə ki, "Daşnaksütyun”un nümayəndəsi Nora Payraqdarayan gənclər və idman naziri təyin edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью