Erməni qubernator: “Azərbaycanlılar gəlib, burada yaşaya bilər”

20.05.2025

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Qeqarkunik əyalətinin (Basarkeçər) qubernatoru Karen Sarkisyan maraqlı açıqlama verib.

Tribunainfo.az xəbər verir ki, o, azərbaycanlılarla birlikdə yaşamağa hazır olduqlarını bildirib.

Sarkisyan deyib ki, yaxın günlərdə sərhədlərin demarkasiyası prosesi baş verəcək. O düşünür ki, bu razılaşmadan sonra ərazidəki Azərbaycan qoşunu geri çəkiləcək.

Qubernator onu da bildirib ki, sərhədlərin demarkasiyasından sonra azərbaycanlılar geri qayıdacaq. “Biz onlarla birlikdə dinc həyat yaşamağa qarşı deyilik. Şübhəsiz ki, azərbaycanlılar gələrsə, onlarıla birgə yaşamağa hazırıq”.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью