Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq. Kulis.az Kamil Şahverdinin "Fransanın məşhur "Pate" şirkəti "Arşın mal alan" filmi çəkmək
Görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyli 1907-ci ildə 22 yaşında bütün Şərqdə, Türk dünyasında islam aləmində ilk opera olan "Leyl
Bununla da təkcə Azərbaycanda deyil, bütün Qafqazda, Mərkəzi Asiyada, İranda, Türkiyədə musiqili teatrın yaranmasına təkan verdi.
"Leyli və Məcnun" operasının premyerası 1908-ci ildə Bakıda baş tutsa da, sorağı çox geniş yayıldı.
Bu günə qədər "Leyli və Məcnun" operası bir çox teatrların səhnəsində uğurla nümayiş olunmaqdadır.
Bundan başqa, Üzeyir bəy 1909-cu ildə "Şeyx Sənan", 1910-cu ildə "Rüstəm və Zöhrab", 1912-ci ildə "Şah Abbas və Xurşud Banu", "Əsli və Kərəm", 1915-ci ildə "Harun və Leyla", 1936-cı ildə "Koroğlu", 1945-ci ildə "Firuzə" (opera tamamlanmamışdır) operalarını yazmış və musiqi teatrının yaranmasına və inkişafına misilsiz xidmət göstərmişdir.
Məşhur operaları ilə yanaşı, Üzeyir bəy Hacıbəyli musiqili komediya (operetta-kiçik opera) janrında da əsərlər yazaraq Şərqdə, Türk və İslam dünyasında, Rusiya imperiyasında bu janrın əsasını qoyur.
1909-cu ildə "Ər və arvad", 1910-cu ildə ən məşhur əsərlərindən biri olan "O olmasın, bu olsun" musiqili komediyaları uğurla səhnələşdirilir.