Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bildirdiyimiz kimi, Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycanla münasibətlərini qaydasına salmasını istəyənlərdən biri də bu ölkənin keçmiş təhsil naziri Aşot Bleyan idi.
O, hətta 1992-ci ildə Bakıya səfər etmiş, İrəvana qayıtdıqdan sonra Azərbaycanla bağlı müsbət fikirlər səsləndirmişdi.
Rəsmi və siyasi fəaliyyəti boyunca sülh tərəfdarı olduğunu deyən Bleyan Ermənistan daxilində bununla bağlı təbliğat və kampaniyalar apardığı üçün bu günə qədər ictimai qınağa məruz qaldığını bildirir.
Hətta onun rəhbərlik etdiyi “Mxitar Sebastatsi” məktəbində 2007-ci ildə keçirilən “Azərbaycan həftəsi” o zaman bütün ölkədə sərt reaksiyalara səbəb olub.
Globalinfo.az xəbər verir ki, həmçinin 17 il əvvəl İrəvan məktəbində baş tutan “Azərbaycan həftəsi”nin təşkilatçılarından birinin Britaniyanın Ermənistandakı səfirliyi oluduğu bildirilir.
Məlumata görə, o zaman keçirilən bu tədbir çərçivəsində erməni şagirdlər “Azərbaycanı necə təsəvvür edirəm”, “Ermənistanla Azərbaycanın gələcəyini necə görürəm” başlıqlı esselər yazıblar.
Esselərdə bəzi şagirdlər iki ölkə arasında münaqişənin bitməli olduğunu, qonşu xalqların firəvan yaşamasını arzuladıqlarını qeyd ediblər.