Erməni səfir Fransanın eksprezidentlərilə görüşdü

19.11.2024

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan Fransanın keçmiş prezidentləri Nikola Sarkozi və Fransua Ollandla görüşüb.
Modern.az-ın məlumatına görə, bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.

Ermənistan səfiri keçmiş prezidentlərə Ermənistan və Fransa arasında imtiyazlı münasibətlərin möhkəmlənməsinə daimi töhfələrinə görə minnətdarlığını bildirib.

Görüşlərdə Cənubi Qafqazda vəziyyət və baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью