Erməni səfirlə söhbət çox sərt olub

08.05.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"9 may ərəfəsində İrəvanda təşkil edilən Rusiya əleyhinə iğtişaşlar və Zelenskinin Ermənistan paytaxtındakı sammitdə  iştirak edən hər kəsin səssiz razılığı ilə birbaşa terror hücumları ilə bağlı təhdidləri Ermənistan rəhbərliyinin Moskvada verdiyi müttəfiq öhdəliklərinə və dostluq zəmanətlərinə ziddir".

“Cebheinfo.az” xəbər verir ki, bu barədə  RT-nin “Telegram” kanalındakı paylaşımda deyilir.

Məlumata görə, Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan 7 may cümə axşamı günü Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Diplomata bildirilib ki, Zelenskinin Rusiyaya qarşı təhdidlər səsləndirməsi üçün Ermənistanda platformaya sahib olması qəti şəkildə qəbuledilməzdir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью