Erməni separatçıların Rusiyadakı

29.03.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Erməni separatçıların Rusiyadakı "nümayəndəliyinin" fəaliyyəti dayandırılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.

Vətən müharibəsindən sonra separatçıların Rusiya Federasiyasındakı "nümayəndəliyinin" bağlanması barədə məlumatlar yayılmışdı. Lakin həm 2021, həm də 2022-ci ildə bu məlumat təkzib edilib.

Bildirilir ki, "nümayəndəlik" artıq bu yaxınlarda bağlanıb. 

Qəzet qeyd edir ki, "nümayəndəliyin" funksiyalarının qismən Ermənistanın Rusiyadakı səfirliyinə verilməsi təklifi gündəmə gəlsə də, bu mövzu da bağlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью