Erməni spiker Rusiyanın TRIPP də mümkün iştirakını absurd adlandırıb

03.02.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

TRIPP Ermənistan və Amerikanın layihəsidir.

APA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Factor TV-yə müsahibəsində Moskvanın TRIPP-ə qoşulma ehtimalının 5 fevralda Rusiyaya rəsmi səfəri zamanı müzakirə olunub-olunmayacağına dair sualı cavablandırarkən bildirib.

“Əgər söhbət oxşar marşrutun və ya oxşar yolun açılmasından gedirsə, mənim fikrimcə, bu, ayrıca bir təşəbbüs olmalıdır, amma TRIPP çərçivəsində bunu bir az absurd hesab edirəm”, - Simonyan qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью