Erməni terorçuları PKKya belə dəstək verdi Video

16.12.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Erməni terrorçu Nubar Ozanyanın adını daşıyan terror qruplaşması PKK/YPG-yə dəstək verdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bununla bağlı terror qruplaşması Ayn əl-Ərəb (Kobani) bölgəsindəki tunellərin birində videomüraciət ünvanlayıb.

Qeyd edək ki, “Nubar Ozanyan” Suriyanın şimalında PKK/YPG təşkilatının nəzdində fəaliyyət göstərir və əsasən yerli ermənilərdən formalaşdırılıb. Terror qruplaşmasının adını daşıdığı Nubar Ozanyan 2017-ci ildə Rakkada İŞİD tərəfindən məhv edilib.

Qruplaşma 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan Ordusuna qarşı döyüşmək üçün Qarabağa göndərilmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью