Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistandakı “Yerkrapa” Könüllülər Birliyinin başçısı, deputat Sasun Mikayelyan Azərbaycanla sərhəddə yerləşən mövqelərə baş çəkib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə erməni Teleqram kanallarının məlumatında bildirilib.
Qeyd edilib ki, Sasun Mikayelyan “Yerkrapa” batalyonlarının döyüş mövqelərinin dayaq məntəqələrinə baxış keçirib.
O, döyüş növbətçiliyində olan “Yerkrapa” üzvlərinin mənəvi-psixoloji durumu ilə maraqlanıb.
“Yerkrapa” Könüllülər Birliyi Azərbaycana qarşı müharibədə fəal iştirak edən terror təşkilatıdır.
“Yerkrapa” hər il Ermənistan büdcəsindən külli miqdarda vəsait alır.
2020-ci ildə Azərbaycanla 44 günlük müharibədə bu təşkilatın 74 üzvü ölüb, 114 üzvü yaralanıb.