Erməni xislətinin iç üzü

16.09.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Diplomatik korpusun nümayəndələrinin və Şərqi Zəngəzura səfəri Ermənistanı ciddi şəkildə narahat etdi. Əslində, nə baş verdi? Azərbaycan öz suveren ərazisində istənilən tədbirlər planını həyata keçirilməsində müstəqil və sərbəstdir. Bu tədbirdə də prioritet olaraq milli maraq, milli mənafe ön planda olaraq ədalətli şəkildə həqiqətləri dünyaya göstərməkdir. Beynəlxalq münasibətlərin tənzimlənməsində 58 ölkə, 9 beynəlxalq təşkilatın 150 nümayəndəsi ilə dinamik inkişafa nail olmaq Azərbaycanın öz haqqıdır. Qarabağda yeni reallıqların diplomatlar qarşısında nümayiş etdirilməsi Ermənistanın səmimiyyətsizliyinin iç üzünü açdı. Yəni Ermənistan cəmiyyətində Qarabağ məsələsinə münasibətdə hələ də həssaslığın olması əslində bu cəmiyyətin və onları təmsil edənlərin siyasi tərbiyələndirilməyə ehtiyacının bariz nümunəsidir. Ermənistan Gəncərsə və Xudavəng abidələrini erməni irsi kimi təqdim edir, lakin öz ərazisində Azərbaycan tarixi-mədəni irsini inkar edir. Bununla guya belə bir rəy formalaşdırmaq istəyir ki, Azərbaycan ərazisində tarixən yalnız ermənilər yaşayıb. Bu, tarixi saxtalaşdırmaqdan və rasist yanaşmadan başqa bir şey deyil. Onlar yəqin unudurlar ki, Azərbaycanın tarixi torpaqlarından Ermənistan dövləti yaranmışdır. Tarixə və elmə nəzər salanda, hazırkı Ermənistan ərazisində əvvəllər daha çox azərbaycanlılar olub. Lakin diplomatik korpusun nümayəndələrinə bu saxtakarlıqları üzə çıxaran faktlar, sənədlər, həqiqətlər təqdim olunandan sonra ermənilərin beynində işemik dəyişikliklər yarandı. Ermənilərin belə bir deyimi var “Ağız bağlıdırsa, baş rahatdır.” Məncə, bu deyimə riayət etmək onlar üçün ən ideal çıxış yoludur. Sözünün vaxtını və yerini bilməyən bu Ermənistan bilsin ki, Azərbaycan öz suveren ərazisində diplomatik səfərləri təşkil etməsi dövlətin xarici və daxili siyasət fəaliyyətinin normal hissəsidir. Hətta Azərbaycan öz milli maraqları naminə istənilən başqa ölkələr ərazisində qarşı tərəfin razılığı və beynəlxalq hüququn normalarına uyğun olaraq tədbirlər keçirə bilər. Ermənistanın bu reaksiyası bir daha göstərir ki, hələ də erməni cəmiyyətinin siyasi sağlamlaşmaya çox ciddi müalicəyə ehtiyacı var. Artıq hamıya bəllidir ki, 44 günlük Vətən müharibəsində Ermənistan uduzmağını hansı formada etiraf edib və ondan sonra yaranan yeni reallıqlar kontekstində bütün dünya suverenliyimizi tanıyır, Cənubi Qafqazda yeni reallıqlara barışıb. Zəfər ölkəsi olan Azərbaycanın o dünyanı təmsil edən nümayəndələrlə Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində postmünaqişə dövründə Azərbaycanın o ərazilərdə formalaşdırdığı bərpa, yenidənqurma, infrastruktur, ümumilikdə yeni reallıqların diplomatik korpusa təqdim edilməsi bizim üçün böyük əhəmiyyətə malikdir.
Bu səfər bir daha göstərir ki, Azərbaycan öz suverenliyi çərçivəsində milli maraqlarını, ərazi bütövlüyünü, dövlətçilik mövqeyini beynəlxalq hüququn prinsipləri əsasında təqdim etmək imkanına malikdir. Sülh prosesinin davamlı olması üçün yalnız dövlətlərarası sənədlər deyil, həm də keçmişdə qalan münaqişənin yaratdığı siyasi və ictimai düşüncə tərzinin dəyişməsi vacibdir. Biz Azərbaycan olaraq əsas prinsiplərimiz aydındır. Suverenlik yalnız hüquq anlayışı deyil, həm də dövlətin öz ərazisində beynəlxalq əlaqələr qurmaq və öz reallıqlarını dünyaya təqdim etmək hüququdur. Artıq bütün dünyaya aydındır ki, erməni saxtakarlıq məfhumunu regionda gücləndirən, inkişaf etdirən qüvvələr artıq dərk elədilər ki, bu xislətin, “ideologiyanın ” fəsadları dünya və region üçün təhlükəlidir, amma erməni cəmiyyəti hələ də onu dərk edə bilmir. Azərbaycan millətinin, dövlətinin tarixi böyükdür.
Bu millətin dövlət xadimləri, alimləri, intellektual insanları çoxdur və qüdrətli olur. Bu millətin qəhrəmanları qürurlu və mərd olurlar, amma siz erməni millətinin ”qəhrəmanları” da saxta olub. Əgər sizin sərsəm ideologiyanızı sizə himayədarlıq edən ölkələr üçün lokal faydası olmasaydı, çoxdan bir dövlət olaraq varlığınızı şübhə altında olacaqdı. Bir daha yadınıza salırıq ki, bunu dərk edin: Azərbaycan ordusu və diplomatiyası sizin siyasi “ideologiyanızı” yandırıb kül etdi. O “ideologiyanın” daşıyıcılarının bir hissəsi Azərbaycan həbsxanalarında daha separatçılıqla məşğul ola bilmirlər.
Son olaraq bildirirəm ki, bu yanaşma bir daha göstərir ki, gələcəkdə Azərbaycan suveren hüququndan istifadə edərək bu təhlükəli və faydasız düşüncəyə qarşı uyğun addımlar atmaq hüququnu öz əlində saxlayır. Beynəlxalq hüququn imkan verdiyi bütün vasitələrdən istifadə edərək, regionda davamlı sülhün və dayanıqlı inkişafın naminə müstəqillik haqqımızı qorumaq üçün cavab haqqından istifadə etməklə müəyyən tədbirlər planı həyata keçirilməlidir.
Ramil Hüseynov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью