Erməni yazıçı Qarabağda erməni vəhşiliyindən yazdı | Icma.az
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kardaş Onniq Livanda anadan olub, ABŞ-da yaşayan erməni əsilli rəssam və yazıçıdır.
O, 1982-ci ildə nənəsini xilas edən türklərin şərəfinə “Kardaş” (“qardaş”) adını götürüb.
2001-ci ildə işğal olunmuş Azərbaycan ərazilərində qurulan separatçı rejimin “mədəniyyət nazirliyi"nin dəvəti ilə Şuşaya erməni diasporundan ilk rezident rəssam kimi gəlib və orada beş aydan bir qədər çox vaxt keçirib.
Həmvətənlərinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə qəddar hekayələrdən o qədər şoka düşüb ki, şəhəri cangüdənin müşayiəti ilə gəzib.
Amerikaya qayıtdıqdan sonra o, Azərbaycanın mədəniyyət paytaxtında yaşadığı təcrübələri təsvir edən "Vəhşi qəşəng: Qafqazın axmaq salnaməsi" adlı kitab yazıb.
Bundan sonra ailəsi də daxil olmaqla, bəzi ermənilər onu xain, digərləri isə ən dürüst erməni yazıçı adlandırıblar.
(Kitabın PDF versiyası burada) O, uzun illər Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin (Robert Köçəryan və Serj Sərkisyanın) fəaliyyətlərini və Qarabağda törədilən cinayətləri tənqid etdiyi üçün Ermənistanda "vətən xaini" elan edilmiş və təqib olunmuşdur.
Tam oxu
Xəbəri oxu