Erməniəsilli dəstə üzvlərinin məhkəməsi davam etdiriləcək | Icma.az
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün, yanvarın 27-də Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə Arayik Harutyunyan və digər şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdiriləcək.
Moderator.az xəbər verir ki, müttəhimlər Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə ittiham olunurlar.
Bu tarixi məhkəmə prosesində müttəhimlər erməni dilində tərcüməçilərlə, vəkillərlə təmin olunublar.
İlk hazırlıq iclasında iş üzrə zərərçəkmiş qismində tanınmış 531 min Azərbaycan vətəndaşından 350 nəfəri iştirak edib.
İclasda müttəhimlərin vəkillərinin vəsatətlərinə baxılıb. Müttəhim David Babayanın vəkili vəsatətlə çıxış edib.
O, müdafiəçisi olduğu şəxslə konfidensial görüş verilməsini xahiş edib. İttiham tərəfi vəsatətə etiraz etməyib.
Hakim David Babayanın vəkilinin vəsatətini təmin edib və konfidensial görüş üçün məhkəmədə fasilə elan olunub.
Tam oxu
Xəbəri oxu