Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 6-da davam etdirilib.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iclasda iştirak ediblər.
Məhkəmə iclasında sədrlik edən hakim əvvəlcə təqsirləndirilən şəxs Bako Sahakyana hüquqlarının müdafiəsi üçün dövlət hesabına əlavə vəkil təyin olunması barədə məlumat verərək müdafiəçisini ona təqdim edib.
Bako Sahakyan yeni müdafiəçiyə etiraz etmədiyini bildirib. Məhkəmə iclasının sədri dindirməni başlayarkən təqsirləndirilən şəxslərin hər bir
Budəfəki məhkəmə iclasında təqsirləndirilən şəxslər Davit Manukyan, Qurgen Stepanyan, Davit Allahverdiyan, Melikset Paşayan, Qarik Martirosy
Sərbəst ifadə verən Ermənistanda anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş,