Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 21-də davam etdirilib.Bakupost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s.
təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.Zərərçəkmiş şəxs Kənan İsayev ifadəsində 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Füzuli rayonunda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qəlpə yarası aldığını bildirib.Zərərçəkmiş Səfər Hacıyev 2011-ci ildə hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində güllə yarası aldığını deyib.
O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında hadisənin atəşkəsin Ermənistan silahlı qüvvələri tərəfindən pozulması zamanı baş verdiyini qeyd edib.Zərərçəkmiş Vladislav Alimov ifadəsində 1992-ci ildə döyüşlər zamanı Şuşada qapalı kələ-beyin travması aldığını, Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülərək Xankəndiyə aparıldığını bildirib.
O, oktyabrın 6-dək əsirlikdən azad olunaraq Azərbaycan tərəfinə təhvil verilib.Vaqif Qənbərov ifadəsində 1993-cü ildə Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin hərbçiləri ilə döyüşlər zamanı əsir götürüldüyünü, İrəvana aparılaraq Ermənistan DTX-də saxlanıldığını bildirib.
Daha sonra Gümrü şəhərinə aparılaraq orada saxlanılıb. Əsirlikdə olduğu vaxt işgəncələrə məruz qalıb.
O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında 1995-ci il mayın 12-də Azərbaycana qaytarıldığını bildirib.
V.Qəmbərov təqsirləndirilən şəxs Bako Sahakyanın vəkilinin sualına cavabında isə müharibəyə gedənə qədər Dərin Özüllər Zavodunda çalışdığını qeyd edib.Ağasəfər Şükürov ifadəsində 1994-cü il fevralın 14-də Kəlbəcər rayonunda döyüşlərdə qapalı kəllə-beyin travması alaraq əsir götürüldüyünü söyləyib.