Erməniəsilli Ukrayna vətəndaşı Dneprdə terror törətdi

15.12.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Təhlükəsizlik Xidməti Milli Polislə birlikdə Dneprdə terror aktı törədən şəxsi saxlayıb. Onun erməniəsilli Dnepropetrovsk vilayətinin sakini olduğu üzə çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, şübhəli şəxs Ruben Voskanyandır. Dneprdə Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzinin binası yaxınlığında əldəqayırma partlayıcıları işə salanın məhz o olduğu güman edilir.

Partlayış nəticəsində bir nəfər ölüb, iki polis də daxil olmaqla, yaralananlar var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью