Ermənilər Aygün Kazımovanın “S.O.S” mahnısını oğurladılar

21.04.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Aygün Kazımovanın qlobal trendə düşən “S.O.S” hiti ermənilər tərəfindən oğurlanıb.

Bakıvaxtı.az Bizim.Media-ya istinadən xəbər verir ki, erməni qarmon ifaçısı Toros Papoyan bəstəni ifa edib.

O, bir neçə gün öncə “Youtube”da yayımladığı mahnının müəllifi kimi də özünü qeyd edib.

Qeyd edək ki, A.Kazımovanın  “S.O.S” mahnısı 2024-cü ilin iyulunda təqdim edilib.

“Youtube”da 42 milyondan çox izlənən mahnının sözləri Orxan Qarabasmaya, musiqisi isə Kazımcana aiddir. Bu günlərdə isə “S.O.S” qlobal trendə düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью