Ermənilər Bakıda konyak satacaqlar Ermənistan parlamentinin sədri

29.05.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


"Əvvəllər olduğu kimi, Azərbaycan malları Ermənistan bazarlarına, erməni malları isə Azərbaycan bazarlarına çıxacaq. Ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaq. Bununla barışın".

Bakupost.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan özünün Telegram kanalında yazıb.

Simonyan sülh müqaviləsi bağlanandan sonra Ermənistanın Türkiyə və Azərbaycanla niyə ticarət etməməsi barədə sual edib:

"Bəlkə sərhədləri öz tərəfimizdən bağlayaq? Minlərlə erməni Gürcüstanda, Rusiyada və digər ölkələrdə ticarət edib və hazırda da bunu edirlər. Qarabağda çoxları (Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanın işğalı altında olduğu vaxt nəzərdə tutulur – red.) həm konyak, həm də su elektrik stansiyalarını satırdı”. Yoxsa sizcə biz blokadada olmalıyıq ki, Ermənistan ərazisindən nə nəqliyyat, nə yük, nə qaz, nə də elektrik keçməsin? Ermənistan və Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət aparacaqlar. Müharibə olmayacaq, sülh olacaq".

Zaur,BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью