Ermənilər daha bir kəndi boşaldır Heyvani plan...

27.04.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Nikolun sərhədləri müəyyən edilmiş Voskepar kəndi boşalır”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni politoloq Qaqik Ambaryan məlumat yayıb.

“Əslində voskeparlılar Nikolun sərhəd müəyyənləşdirməsinə inanmır, “Real Ermənistanın” heyvani planının bir hissəsi olmaq istəmədikləri üçün kəndi tərk etməyə qərar veriblər”, – o qeyd edib.

Erməni jurnalist Voskan Sərkisyan isə məsələyə belə münasibət bildirib:

“Sərhədin demarkasiyasının sonrakı mərhələsi ilə bağlı qeyri-müəyyənlik və Ermənistanda narahatlıq doğuran təhlükəsizlik vəziyyəti ilə əlaqədar son vaxtlar Rusiya sərhədindən iki ailə Heroski kəndinə köçüb. Daha iki ailənin oxşar niyyəti var. 1980-ci illərin ortalarında Voskepar 8 illik məktəbində 330 şagird təhsil alırdı. Ermənistanın müstəqillik illərində mühacirətlə əlaqədar Voskepar orta məktəbində hazırda 77 şagird təhsil alır. Voskeparlıların əhəmiyyətli bir hissəsi Belqorod vilayətinin Starıy Oskol şəhərində və Voronejdə məskunlaşdı”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью