Ermənilər dayanmır: ABŞ da Bakıya sanksiya üçün görüş…

03.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ-da yaşayan erməni diasporunun fəalları Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün konqresmenlərlə görüşü davam etdirirlər.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, onlar “etnik təmizləmə”yə görə ölkəmizin “məsuliyyətə cəlb edilməsi üçün” bir aylıq kampaniya çərçivəsində konqresmen Tom Kin ilə görüşüblər.

Fəallar Qarabağdan könüllü köçən ermənilərin sayını da şişirdərək, artıq 150 minə çatdırıblar və Azərbaycan rəsmilərinə qarşı Maqnitski Aktının tətbiqini xahiş ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью