Ermənilər də müşahidəçilərin Azərbaycanla sərhəddə nə etdiyini bilmir

10.12.2024

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

13-14 nəfərdən ibarət Avropa İttifaqının müşahidə missiyasının üzvləri daimi olaraq Cermukda yerləşdiriliblər.

Adalet.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. 

Məlumata görə, müşahidəçilər ancaq orada yaşayırlar: "Kənardan artıq qonaq qəbul etmirlər. Cermuk sakinləri bildiriblər ki, müşahidəçilər demək olar ki, hər gün bölgəni gəzirlər, sərhədə gedirlər, sərhəddən bir neçə kilometr aralıda vəziyyətə nəzarət edirlər. Müşahidəçi missiyanın onlarla demək olar ki, əlaqəsi yoxdur. Onlar heç bir məlumat tələb etmirlər, ötürmürlər və onların fəaliyyətinin nə olduğunu heç kim bilmir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью