Icma.az, Sherg.az portalına istinadən məlumat verir. Rusiya indiki Ermənistan hakimiyyətinə qarşı narazı olsa da dövlət olaraq hər zaman Erm
Bu siyasət, bir növ, ikili oyun kimi görünür, çünki Ermənistan Qərbə yaxınlaşmaq istəsə də, Rusiya ilə olan hərbi və siyasi ittifaqından tam
Elə Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyanın görüşü buna nümunədir.
Lavrovun Mirzoyanla son görüşündən sonra keçirilən mətbuat konfransında Ermənistanla bağlı söylədiyi xoş sözlər, Moskvanın İrəvanla münasibətlərində yaranmış gərginliyə baxmayaraq, dialoqu qoruyub saxlamağa çalışdığını göstərir.
Bu açıqlamalar, xüsusilə son dövrlərdə Ermənistanın Qərbə doğru atdığı addımlara və Rusiya ilə münasibətlərində müəyyən soyuqluğun yaranmasına baxmayaraq, Kreml üçün Ermənistanın hələ də vacib tərəfdaş olduğunu vurğulamaq məqsədi daşıya bilər.
Lavrovun çıxışında konstruktiv mesajların səslənməsi, Moskvanın İrəvanı tamamilə itirmək istəmədiyini və tərəflər arasında münasibətlərin yumşaldılması üçün diplomatik kanalların açıq saxlanıldığının sübutudur.
Həmçinin 2023-cü ilin statistikasına əsasən, Rusiya həm Belarus, həm də Ermənistan üçün əsas ticarət tərəfdaşı olaraq qalır.
Belarusun ümumi ticarət dövriyyəsinin 52,7%-i, Ermənistanın isə 41,1%-i məhz Rusiya ilə həyata keçirilib.