Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Biznes qurumlarının nümayəndələri Ermənistanın hökumət binası qarşısında növbəti dəfə etiraz aksiyası keçirərək baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.
Reyting.az Ermənistan KİV-lərinə istinadla bildirir ki, narazılığa əsas səbəb vergi qanunvericiliyinə edilən dəyişiklikdir. Həmin dəyişikliklə bu ilin əvvəlindən ticarət subyektləri üçün dövriyyə vergisinin dərəcəsi 5 faizdən 10 faizə qaldırılıb.
Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanla mövcud vəziyyətdən mümkün çıxış yollarını müzakirə etmək istəyirlər.
V. QULİYEV