Ermənilər iki stulda oturmağa çalışırlar

11.02.2025

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Artak Zeynalyan Ermənistan parlamentindəki çıxışı zamanı belə iddia səsləndirib.
“Bu qanun layihəsi Aİİ-nin ləğvi və ya zərərsizləşdirilməsinə deyil, Aİ-yə inteqrasiyanın başlanmasına yönəlib. Burada Aİİ-dən çıxmaq və ya onunla əlaqələri kəsmək barədə tapşırıqlar yoxdur. Biz yeni bazarlar tapmağa çalışırıq”, - sabiq nazir vurğulayıb.
Ermənistan parlamenti bu gün Aİ-yə üzvlük prosesinə başlamaq üçün qanun layihəsinin qəbulu ilə bağlı müzakirələrə başlayıb.
Overçuk: "Aİ üzvlüyü İrəvana Aİİ bazarlarının bağlanması deməkdir"
Yanvarın əvvəlində Ermənistan hökuməti bu layihəni təsdiqləyib. Baş nazir Nikol Paşinyan bildirib ki, bu, İrəvanın avtomatik Aİ-yə qoşulması demək deyil, çünki bu məsələ referenduma çıxarılmağı tələb edir.
Amma İrəvanın bu qəbildən olan bütün bəyanatlarına baxmayaraq, Moskva Ermənistanın eyni zamanda həm Aİİ-də, həm də Aİ-də üzvlüyünün qeyri-mümkün olması barədə dəfələrlə xəbərdarlıq edib. Obrazlı desək, Ermənistanın iki stulda əyləşmək cəhdinin ağır nəticələr verəcəyi barədə İrəvana mesaj ünvanlayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью