Ermənilər “İran malı” adıyla Rusiyanı aldatdılar

17.07.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

“Rosselxoznadzor” İranın Bitki Mühafizəsi Təşkilatından Rusiyaya ixrac üçün nəzərdə tutulan çiçək məhsullarının sertifikatlaşdırılmasını müvəqqəti olaraq dayandırmasını istəyib.

Axar.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un saytında məlumat yayılıb.

Məlumata görə, müraciətin səbəbi 2026-cı ildə Tehrandan gül tədarükünün artmasıdır:

“Fitosanitar sertifikatlarda məhsulun mənşə ölkəsi kimi İran göstərilsə də, xarici və qablaşdırma xüsusiyyətlərinə görə bu partiyalar əvvəllər Ermənistandan tədarük edilən məhsullarla oxşardır”.

Qeyd edək ki, Rusiya Ermənistandan gül idxalını qadağan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью