Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ermənistan hakimiyyəti Türkiyə ilə dəmir yolu xəttini açmaq niyyətindədirlər.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, İrəvan ilə Amkara münasibətlər qurmaq niyyətindədirlər və ümumi sərhədlərini, o cümlədən, Gümrü-Kars maşrutu ilə ölkələr arasında dəmir yolu xəttini açmaq məsələsini nəzərdən keçirirlər.
Mirzoyan Braziliya mətbuatına ("Correio Braziliense" qəzetinə) müsahibəsində Ermənistanın heç bir ilkin şərt irəli sürmədən Türkiyə ilə çox konstruktiv dialoq apardığını söyləyib.
Onun sözlərinə görə, İrəvanın başlıca hədəfi - iki ölkə arasında sərhədlərin açılmasıdır.
Mirzoyan deyib: "Hava yükdaşımalarına qoyulan qadağan götürülüb, birbaşa aviauçuşlar həyata keçirilir.
Həmçinin, etimadın möhkəmləndirilməsi üçün bir sıra başqa tədbirlər görülür.
Razılaşmaya görə, ilkin mərhələdə sərhəd üçüncü ölkələrin vətəndaşları, həmçinin diplomatik pasportları olan Ermənistan və Türkiyə vətəndaşları üçün açıla bilər".